Sankt-Peterburqda partlayışlar və parça-parça olan “vacib obyekt”

Sankt-Peterburqda partlayışlar və parça-parça olan “vacib obyekt”

...Ötən gün Sankt-Peterburqda da iki güclü partlayış səsi eşidilib. Sonra Finlandiya körfəzi üzərində "naməlum obyektin" vurulduğu barədə xəbərlər yayıldı. Qubernator Aleksandr Drozdenko PUA hücumunun olduğunu təsdiqləyib. Pulkovo hava limanında hücum təhlükəsi səbəbindən “Kover” planı tətbiq edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fontanka yazır.

Şahidlər şərhlərdə partlayış səsləri eşitdiklərini və hansısa “vacib obyektin” necə dağıldığını bildiriblər.

...Dairəvi yol ilə gedirdik, Bronkadan çıxırdıq, güclü parıltı və avtomobilə güclü zərbələr müşahidə etdik, bunun nə olduğunu belə başa düşmədik. Amma bu, çox xoşagəlməz idi. Yanğın, partlayışlar....

Bunu şahidlərdən biri deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə