İtaliyada kiçik təyyarə qəzaya uğrayıb - pilot və sərnişin həlak olub

İtaliyanın Viterbo şəhəri yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb. SİA xəbər verir ki, Romadakı Fiano Romano bölgəsindən havaya qalxan təyyarə Veyanodakı aerodromdan təxminən bir kilometr aralıda yerə çırpılaraq alovlanıb. Qəza nəticəsində pilot və sərnişin həlak olub.

İlkin ehtimala görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Qəzanın başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə