Litva Rusiya dövlət nömrə nişanlı avtomobilləri bu tarixdən müsadirə edəcək

...Beləliklə, Litvada martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirəsinə başlanılacaq. ...Litva gömrüyü bildirir ki, Rusiya qeydiyyat nömrəli avtomobillər 2024-cü il martın 11-nə qədər Litvanı və Avropa İttifaqının bütün ərazisini tərk etməlidirlər.

SİA-nın əldə etdiyi məlumata görə, verilən xəbərdə belə deyilir.

Gömrük rəsmiləri bildiriblər ki, bu tarixə qədər belə nəqliyyat vasitələri Litvada qeydiyyata alınmalıdır, əks halda onların sahiblərini İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsinə əsasən cərimə gözləyir və ya avtomobil müsadirə edilir.

İstisna Kalininqrad vilayətinə və oradan tranzit olacaq.

Rusiya nömrəli avtomobilin ölkədə 24 saatdan çox olmayan və sahibinin məcburi iştirakı ilə qalmasına icazə verilir. ...Sahibi yoxdursa, avtomobil Litvaya buraxılmayacaq.

Gömrük rəsmiləri bu tədbirləri Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının tətbiqi kimi izah ediblər.

Avropa Komissiyasının izahatlarına görə, Rusiya dövlət nömrə nişanlı minik avtomobillərində Avropa İttifaqı ölkələrinə giriş qadağan olunmuş idxala bərabərdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə