Husilərlə mübarizə Pentaqona baha başa gəlir...

Belə ki, husilərin 2000 dollar dəyərində olan pilotsuz təyyarələrinə qarşı, ABŞ 2 milyon dollar dəyərində olan müdafiə raketlərini çıxarır...

...Maraqlı olanı bilirsiniz nədir?

...Məsələ bundadır ki, əksər hallarda ABŞ husilərin atdıqları 2000 dollar dəyərində olan pilotsuz təyyarələrə qarşı 2 milyon dollar dəyərində hava hücumundan müdafiə raketlərindən istifadə edirlər.

Təbii ki, Yəmən üsyançı qrupunun bu hərəkətləri Vaşinqtonu ələ salmaq fürsəti kimi dəyərləndirilir.

Belə çıxır ki, husilər artıq iki aydan da çoxdur ki, ucuz pilotsuz təyyarələri ilə ABŞ-ın bahalı pilotsuz təyyarələrini vurub onları maddi cəhətdən nə qədər geri salıb.

...“The Hill” yazır ki, əksər hallarda ABŞ 2000 dollar dəyərində husi pilotsuz uçan aparatlarına qarşı 2 milyon dollar dəyərində hava hücumundan müdafiə raketlərindən istifadə edir və Yəmən üsyançı qruplaşması bununla bağlı hələ də Vaşinqtonu ələ salmaq fürsətini qaçırmayıb. Üstəlik, yaraqlıların dayanma əlaməti göstərmədiyini və ABŞ-ı uzun sürən münaqişəyə sürükləyə biləcəyini nəzərə alsaq, husilərlə mübarizənin dəyəri getdikcə aydınlaşır.

Bununla belə, ABŞ ordusu deyir ki, husilərin hücumlarını dəf etməyin dəyəri üsyançıların qlobal iqtisadiyyata vura biləcəyi zərərlə müqayisədə zəifdir.

Ekspertlər isə hesab edirlər ki, ABŞ dronları məhv etməyin daha ucuz yollarını, məsələn, elektron müharibəni nəzərdən keçirə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə