Təyyarələr şəhərin yaxınlığında dövrə vururlar...

Rusiyanın Sankt-Peterburq hava limanında dron hücumu təhlükəsi ilə əlaqədar “Xalça” planı tətbiq edilib. Kreml yönümlü Teleqram kanalı BAZA xəbər verir ki, təyyarələr şəhərin yaxınlığında dövr edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında şəhərdə PUA Piskarevski prospektində yaşayış binasının üzərinə düşüb, Doğrudur, heç kim xəsarət almasa da, amma bir neçə mənzilə ziyan dəyib.

Daha sonra Leninqrad vilayətinin başçısı bildirib ki, bölgənin Lomonosovski rayonunda hava hücumundan müdafiə sistemləri işə düşüb.

...Finlandiya körfəzinin suları və sahilləri üzərində hava hədəfləri vurulub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə