Getdikcə daha çox fin Rusiyaya köçmək istəyir

Finlandiya hakimiyyətinin mediada rusofobiya və faşizmi qızışdıran hərəkətləri respublika sakinlərinin getdikcə daha çox Rusiyaya qaçmaq istəməsinə səbəb olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə jurnalist Kosti Heyskanen bildirib.

Onun sözlərinə görə, insanlar daim ona təzyiqlərlə bağlı şikayətlərlə müraciət edirlər.

... Hətta “dəhşətli Rusiya” haqqında öz nöqteyi-nəzərini ifadə edən və yerli medianın tezislərini əks etdirməyən yerli finlər də zorakılığa məruz qalır.

Bunu deyən Heyskanen izah edib ki, ötən gün rusdilli bir ailə Rusiyaya köçmək istəyib. Jurnalist qeyd edib ki, onlara və Finlandiyanı tərk etmək istəyənlərə necə dəstək olacağını öyrənmək üçün Rusiya Federasiyasının Dövlət Duması ilə əlaqə saxlamaq niyyətindədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə