''Qəzzada yardım gözləyənlərin öldürülməsi araşdırılmalıdır''

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron İsrailin dünən Qəzzada humanitar yardım gözləyən 115 fələstinlinin öldürülməsi ilə bağlı deyib: ''Dərhal istintaq aparılmalı və bunu törədənlər məsuliyyətə cəlb edilməlidir. Bu bir daha təkrarlanmamalıdır''.
SİA-nın əldə etdiyi məlumata görə, bölgəyə kifayət qədər yardımın çatdırılmadığını ifadə edən Devid Kameron fevral ayında bölgəyə çatdırılan yardımın yanvardakı yardımın yarısı qədər olduğunu və bunu tamamilə qəbuledilməz hesab etdiklərini deyib.
İsrailin Qəzzaya kifayət qədər humanitar yardımın çatmasını təmin etmək öhdəliyi olduğunu vurğulayan Devid Kemeron deyib:
"Biz həll edilməli olan bir neçə problemi müəyyən etdik. İsrail təcili olaraq daha çox keçidlər açmalı, bürokratik əngəlləri aradan qaldırmalı, Qəzzada yardım əməliyyatlarını aktivləşdirməli və mülki fələstinliləri, qeyri-hökumət təşkilatlarını, tibb işçilərini və yardım fəaliyyətlərində iştirak edən digər şəxsləri qorumaq üçün lazımi deeskalasiya mexanizmini yaratmalıdır''.

Bütün xəbərlər Facebook səhifəmizdə