Dnestryanı Sandunun birləşmə ilə bağlı sözlərinə münasibət bildirib

Dnestryanılılar qəti şəkildə öz dövlətçiliklərindən və müstəqilliklərindən əl çəkmək istəmirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dnestryanı Müstəqil Politoloqlar Assosiasiyasının üzvü Andrey Safonov Paraqraf-a müsahibəsində bildirib.

Qeyd edək ki, bir gün əvvəl Moldova prezidenti Maia Sandu Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlandığını xatırladıb. O, bu layihənin Dnestr çayının hər iki sahilinin sakinlərini birləşdirəcəyini və ölkənin sülh yolu ilə birləşməsinə kömək edəcəyini deyib.

...Safonov qeyd edib ki, Moldova əhalisinin əksəriyyəti Sandunu həddən artıq təbliğat xarakterli bəyanatlarına görə tənqid edir. Bundan əlavə, siyasətçinin açıqlamaları pridnestroviyalıların istəklərinə uyğun gəlmir.

...Moldova prezidentinin bəyanatı öz dövlətçiliyindən və müstəqilliyindən əl çəkmək niyyətində olmayan Dnestryanılıların fikri ilə kökündən ziddiyyət təşkil edir.

Bunu deyən Safronovun fikrincə, Sandunun sözləri PMR-ə əlavə təzyiqlərə haqq qazandırmaq məqsədi daşıyan təbliğat hərəkətidir.

Politoloq hesab edir ki, hazırkı prezident hakimiyyətə gəldikdən sonra Kişinyovun siyasəti həddən artıq millətçi xarakter alıb və bu, “Tiraspolun istəklərini daha da gücləndirib”.

...Bundan əvvəl Moldovanın iqtisadi blokadası fonunda Dnestryanı bölgənin Rusiyaya yardım xahişi ilə müraciət etdiyi bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə