Korsikalılar həbs olunmuş fəalların azadlığını tələb edirlər

Bastiada polis tərəfindən saxlanılmış və həbs olunmuş korsikalı fəalların azad edilməsi tələbi ilə nümayiş keçirilir.

SİA xəbər verir ki, Yeni Kaledoniyadan olan Yerli Fəaliyyət Koordinasiya Təşkilatının (CCAT) üzvləri də korsikalı həmkarlarına dəstək üçün etiraz nümayişinə qatılıblar.

Bastiada Ədliyyə məhkəməsi qarşısına toplaşmış nümayişçilər iki korsikalı fəalın - Anto Simoni və Nikolas Pinzutinin azadlığa buraxılmasını tələb edirlər.

Qeyd edək ki, yanvarın 30-da fransız polisi zorakı şəkildə Anto Simoninin evinə soxularaq qapısını qırmış, onu uşağının gözü qarşısında təhqiramiz formada saxlamış, övladının oyuncağını sındırmış, eləcə də evini alt-üst etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə