Fuad Hüseyn "İnkişaf Yolu Layihəsi" haqqında danışıb

İraqın xarici işlər naziri Fuad Hüseyn Türkiyə ilə İraq arasındakı "İnkişaf Yolu Layihəsi" haqqında deyib: "Həqiqətən də nəhəng bir layihədir. Bu, Körfəz ölkələrinin İraq üzərindən Türkiyə və Avropa ilə əlaqə quracağı mənasına gəlir".
SİA-nın əldə etdiyi məlumata görə, Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandıran Fuad Hüseyn terror təşkilatı PKK-nın hər iki ölkə üçün problem olduğuna diqqət çəkib.
Konstitusiyanın heç bir qrup və ya təşkilatın İraq ərazisindən başqa ölkələrə hücum etməsinə icazə verilməməsi lazım olduğunu ifadə edən Fuad Hüseyn deyib: "Terror təşkilatı PKK hər iki ölkə üçün də problemdir''.
Nazir Hüseyn bu mövzuda Konstitusiyada göstərilən çərçivədə Türkiye ilə danışıqlara başladıqlarını və dekabr ayında Ankarada toplantı keçirildiyini xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə