Lavrov Paşinyanı hədələyib..?

Rusiya xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumundan sonra keçirilən mətbuat konfransında Rusiya tərəfinin Yerevanın verdiyi bəyanatları izlədiyini və öz addımlarını planlaşdırarkən bunları nəzərə alacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya mətbuatı yazıb.

Rusiyalı nazir “Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatları əsasında İrəvanla Bakı arasında nizamlanmanın alternativi yoxdur” məsələsinə xüsusi diqqət çəkib.

...Ermənistan rəhbərliyinin ağzından hər gün eşidilən bu bəyanatlar bizi reallıqda nələr baş verdiyini və əməli addımlarımızda bunu necə nəzərə alacağımızı düşünməyə vadar edir

Lavrov deyib bunu.

Xatırladaq ki, ötən aylarda Ermənistanın baş naziri Nikol Paşinyan həm Rusiya ilə, həm də MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü məsələsini dəfələrlə qaldırıb(?).

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə