Bayden yenə çaşqınlıqla gündəmə gəlib

ABŞ prezidenti Co Bayden yenidən gündəmə gəlib. SİA xəbər verir ki, daha əvvəl dövlət başçılarını səhv salan Bayden bu dəfə Qəzza yerinə “Ukrayna” deyib.

Mühasirəyə alınan fələstinlilərə havadan yardımın atılması məsələsinə toxunan Bayden yardım nəzərdə tutulan bölgəni iki dəfə Ukrayna adlandırıb. Ağ Ev çaşqınlığı aradan qaldırmağa çalışıb.

Daha sonra verdiyi açıqlamada Bayden, "Qəzzaya göndərilən yardımlar artıq kafi deyil" deyə əlavə edib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının katibi Con Kirbi təxminən 30 dəqiqə sonra jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, Bayden Ukrayna deyən zaman Qəzzanı nəzərdə tutub.

ABŞ mətbuatı isə 81 yaşlı prezident Baydenin çaşqınlığını narahatlıqla qarşılayıb. Prezidentin zehni kəskinliyinin artması ilə bağlı narahatlıqlar olduğu bildirilib.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə