Çin atəşkəs elan edilməsi üçün çağırış edib

İsrail-Həmas məsələsinin müzakirə edildiyi BMT İnsan Haqları Şurasının 55-ci Sessiyasında Çinin BMT-nin (BMT) Cenevrə ofisindəki daimi nümayəndəsi Çın Şu ölkəsi adından çıxış edib. SİA xəbər verir ki, daimi nümayəndə Çın Şu çıxışında Qəzzada misli görünməmiş bir humanitar böhran olduğunu ifadə edib. O bildirib ki, təcili atəşkəs elan edilməsi beynəlxalq ictimaiyyətin tələbidir.

İkili həllin beynəlxalq ictimaiyyət tərəfindən ümumiyyətlə qəbul edildiyini və Həmas və İsrailin birlikdə sülh içində yaşaması üçün ən real yol olduğunu vurğulayan Çin Şu, bütün ölkələri bu istiqamətdə səy göstərməyə çağırıb.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə