“Kreml, gəl bizi "xilas elə"..?”

…indi də qaqauzlar ruslardan kömək “diləmək üçün gəliblər”..?

...Tanınmamış Dnestryanı bölgəsinin “deputatlarının” Rusiyaya kömək istəyi ilə müraciətindən sonra Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul da Moskvaya gəlib. O, Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiyanın RİA Novosti agentliyi yayıb.

Deyilənlərə görə, Qutsul Matvienkoya “bölgənin Rusiyanın dəstəyinə ehtiyacı olduğunu” deyib.

Belə ki, o, qaqauzların hüquqlarının “Kişinyov tərəfindən pozulduğunu” və bunun “bütün sərhədləri aşdığını” bildirib. Qaqauziyanın rəhbəri Moldova vilayətinin sakinlərinin

Rusiyaya səfər edə bilməsi üçün Rusiya Federasiyası ilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasının vacibliyini də qeyd edib. Bununla belə, məlumat mesajında ​​bunun necə həyata keçirilə biləcəyi açıqlanmır.

…Öz növbəsində, Matvienko, Moskvanın Moldovada baş verənləri “kədərlə izlədiyini”, Kişinyovun və prezident Maya Sandunun kursunu “rusofob” olduğunu deyib.

…Xatırladaq ki, çərşənbə günü tanınmamış “PMR”in “deputatları” Kişinyovu Dnestryanı bölgənin “iqtisadi blokadasında” ittiham edərək “kömək” üçün Rusiya Federasiyasına müraciət etmişdilər.

…Əslində, burada heç bir şübhə yoxdur ki, Kreml Moldovada separatçı əhval-ruhiyyəni gücləndirməkdə davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə