Bu gün NATO Rusiya ilə döyüşmək iqtidarında deyil..?

NATO Ukraynaya həyati əhəmiyyətli silahlar göndərərək, özünü sursat, zirehli texnika və raketlər kimi əsas müdafiə sərvətlərindən məhrum edib

...Bəli, indi də nə deyilir?

Deyilir ki, NATO-nun bəzi qüvvələrinin gizli də olsa Ukraynada döyüşməsinə rəğmən, bu gün alyansın Rusiya ilə cəngə girmək gücü yoxdur. Yəni NATO Rusiya ilə döyüşmək iqtidarında deyil. Bundan əlavə, alyans üzvləri Kiyevə həyati əhəmiyyətli silahlarını göndərdikləri üçün, indi özlərini əsas müdafiə aktivlərindən məhrum ediblər.

...Şimali Atlantika Alyansı öz əsgərlərini Ukraynadan çıxarmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan “Asia Times” üçün yazdığı məqaləsində deyir.

Müəllif qeyd edir ki, Ukrayna ərazisində ABŞ, Böyük Britaniya, Fransa, Polşa və digər NATO ölkələrindən olan hərbçilərin dəqiq sayı məlum deyil, lakin onların orada çoxlu sayda olmasına şübhə yoxdur.

Bunu Ukraynada Britaniyanın “Strom Shadow” qanadlı raketlərinin Britaniya hərbçiləri tərəfindən idarə olunduğunu etiraf edən Almaniya kansleri Olaf Şolzun son bəyanatı da təsdiqləyib.

...Yaralanan və ya öldürülən bu “könüllülər”in taleyi hələ ki, bəlli deyil. Tez-tez bu insanların tibbi və ya sosial funksiyaları yerinə yetirdiyi göstərilir. Lakin son zamanlar ən azı ABŞ-da bu hərbçilərin döyüş statusu tanınmağa başlayıb.

Brayan qeyd edir ki, NATO-nun özü heç bir şəkildə Rusiya ilə müharibəyə hazır deyil.

...Bu gün Ukrayna müharibəsindən əvvəlkindən daha pis vəziyyətdədir, çünki NATO Ukraynaya həyati əhəmiyyətli silahlar göndərərək, özünü sursat, zirehli texnika və raketlər kimi əsas müdafiə sərvətlərindən məhrum edib.

Bunu da Stiven Brayan yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə