Sürücü avtomobili sürətlə adamların üzərinə sürüb və...

Polşanın Şepin şəhərində sürücü avtomobili tam sürətlə insanların üzərinə sürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Polşa televiziyası yayıb.

Qeyd edək ki, hadisə bu gün martın 1-də günortadan sonrakı saatlarında baş verib.

Yerli sakinlərin sözlərinə görə, qəza Rodla meydanında baş verib. Çoxlu sayda insanın yaralandığı, bəzilərinin isə ağır yaralandığı bildirilir.

...Şepin şəhərindəki Rodlo avtomobil izdihamın üzərinə sürülüb, 14 nəfər ağır yaralanıb.

Məlumatda belə deyilir.

Sürücü hadisə yerindən qaçıb və hazırda polis onu axtarır. Hadisənin səbəbləri aydınlaşdırılır, zərərçəkənlərə yardım göstərilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə