Simonyan Krım körpüsü ilə bağlı söhbətin audioyazısını dərc edib

Bu arada RT və MİA “Rossiya Seqodnya”nın baş redaktoru Marqarita Simonyan Bundesverin yüksək rütbəli nümayəndələri arasında “Taurus” raketləri ilə Krım körpüsünə hücumu müzakirə edən audiosöhbəti dərc edib.

...Söz verdiyim kimi, mən Bundesver zabitləri arasında Krım körpüsünü necə bombalayacaqlarını müzakirə edən audio söhbəti dərc edirəm.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Telegram-da yazıb.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, alman hərbçilərinin söhbəti dərc etməsi heyrət doğurur, lakin Rusiya NATO hərbçilərinin Ukraynadakı fəaliyyətindən xəbərdardır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə