Çin Rusiyaya nüvə hücumunun nəticələri barədə xəbərdarlıq edib

Nüvə müharibəsi baş verərsə, qaliblər olmayacaq, ona görə də Çin bütün tərəfləri aşağı profil saxlamağa çağırır.

SİA “Ukrinform”a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq deyib.

Belə ki, o, Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı bəyanatlarını şərh edib. ...Çin təkid edib və israr etməkdə davam edir ki, nüvə silahına malik olan bütün dövlətlər ümumi təhlükəsizlik konsepsiyasına əməl etməlidirlər, dünya strateji tarazlığını və dünya sabitliyini qorumalıdırlar.

Bunu Mao Ninq qeyd edib.

Çinli rəsminin sözlərinə görə, indiki vəziyyətdə bütün tərəflər birgə çalışmalıdır ki, gərginlik, strateji risklər azalsın.

...Biz bütün tərəfləri qərarların qəbuluna tarazlı yanaşmağa, impulslarını cilovlamağa və dialoq və məsləhətləşmələr vasitəsilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasını qurmağa davam etməyə çağırırıq.

Bunu da Çin rəsmisi bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə