Ermənilər Rusiya sərhədçilərini İrəvan hava limanından çıxarır?..

Qeyd edək ki, ruslar 1992-ci ildən Ermənistanın paytaxtındadırlar

...Ermənistan hakimiyyəti 1992-ci il müqaviləsinə uyğun olaraq rus sərhədçilərini yerləşdikləri Irəvan Beynəlxalq Hava Limanından çıxarmaq imkanını nəzərdən keçirir.

Sən demə, Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının “Zvartnots” hava limanında olması narahatlıq doğurur.

Qeyd edək ki, bunu cümə günü hakim Vətəndaş Müqaviləsi Partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan bildirib.

...Bu məsələ bizim siyasi komandamızın gündəmindədir. Müzakirələr gedir. Qərar olanda hamımız bundan xəbər tutacağıq.

SİA-nın əldə etdiyi məlumata görə, “News.am” bunu Hovannisyandan sitat gətirir.

Respublikanın hakim partiyasının bu vəziyyətdən niyə narahat olduğunu soruşduqda o, “bir çox reallıqların” yalnız son bir neçə ildə ortaya çıxdığını bildirib.

...Ona görə də hər bir reallıq müəyyən mühakimə, hərəkət və qərarlar ehtiva etməlidir.

Bunu da Hovannisyan əlavə edib.

...Ermənistan parlamentinin spikeri Alen Simonyan qeyd edib ki, Rusiya sərhədçiləri hava limanını tərk etməlidirlər, çünki Ermənistan artıq... özünü müdafiə edə bilər. Onun sözlərinə görə, Rusiya əməkdaşlarının hərəkətləri nəticəsində Ermənistanın sərhədləri “daha ​​həssas” olub.

Fevralın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün hazırda praktiki olaraq dondurulduğunu bəyan edib.

...Bilirsiniz ki, 2021-2022-ci il hadisələri göstərdiyi kimi, kollektiv təhlükəsizlik müqaviləsi əslində Ermənistana münasibətdə işləmir. Bu, bizə təsirsiz ötüşməyə bilməzdi. Bu gün biz praktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq.

Xatırlamış olarsınız, Paşinyan bir müddət bundan əvvəl bunu “France 24” telekanalına müsahibəsində bildirmişdi.

...Paşinyan izah edib ki, İrəvanın KTMT-də daimi nümayəndəsi yoxdur və kifayət qədər uzun müddətdir tədbirlərdə iştirak etmir. Baş nazir həmçinin xəbərdarlıq edib ki, Ermənistanın fəaliyyəti ilə bağlı problemlər həll olunmasa, KTMT-yə üzvlük de-yure dondurula bilər.

Bundan əlavə, baş nazir KTMT-nin İrəvan üçün təhlükə yaratdığını vurğulayıb.

...KTMT Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmək əvəzinə, əksinə, təhlükəsizlik problemləri yaradır. Və bu mövqe, açıq deyirəm, Ermənistanın milli təhlükəsizliyinə təhdiddir.

Bunu da Paşinyan qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə