Zambiyada quraqlıq üzündən "Milli fəlakət və fövqəladə vəziyyət" elan edildi

Zambiya prezidenti Hakainde Hiçilema ölkə daxilində quraqlıq səbəbilə "Milli fəlakət və fövqəladə vəziyyət" elan edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Paytaxt Lusakada xalqa müraciətində Hiçilema təxminən 1 milyon hektar kənd təsərrüfatı sahəsinə ziyan vuran quraqlıqla əlaqədar "Milli fəlakət və fövqəladə vəziyyət" elan etdiyini söyləyərək deyib: “Beynəlxalq tərəfdaşları humanitar yardıma çağırırıq. İqtisadiyyatı və sənayeni ayaqda saxlamaq üçün hidroelektrik qaynaqlarındakı itkini enerji idxalı ilə ödəmək məcburiyyətindəyik. 1 milyondan çox ev təsərrüfatı quraqlıqdan mənfi təsirlənəcək. Kredit şirkətlərindən Zambiyanın borclarını yenidən strukturlaşdırmalarını istəyirik.”

Qeyd edək ki, ötən həftə ölkədə aclıq təhlükəsi üzündən qarğıdalı və ununun ixracı qadağan edilib.

Xarici borclarını ödəyə bilmədiyi üçün defolta gedən Zambiyanın Çin başda olmaqla bir çox ölkənin kredit şirkətinə borcu var.

Bütün xəbərlər Facebook səhifəmizdə