Alaydakı 2300 canlı qüvvədən 30-dan bir qədər çox əsgər qalıb...

Rusiya ordusunun real itkiləri ilə bağlı rəqəmlər açıqlanıb

Deməli, ruslar Avdeevka tamamilə məhv edildikdən sonra Donbassda aktiv döyüş əməliyyatlarını davam etdirirlər, lakin “Z” təbliğatçıları onların bu cür “uğurlarından” məmnun deyillər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “dialog.ua” yazır.

Bu arada terrorçu İqor Strelkov-Girkinin dostu, rusiyalı “Z” blogger Lev Verşin ölən rus əsgərlərinin arvadlarının məktubunu dərc edib.

Qeyd edək ki, məktubda Avdeevkada öldürülən rusların sayı barədə müəyyən məlumat əldə etmək olar.

...Baş verənlər nəticəsində 1015-ci alayda 2300 canlı qüvvədən 30-dan bir qədər çox adam qalıb. Hamının həlak olub-olmadığını və ya yaralıların olub-olmadığını bilmirik.

...Yeri gəlmişkən, Verşin bu məktubu iki səbəbə görə səsləndirmək qərarına gəldiyini deyir.

Çünki hazırda Rusiya Federasiyasında bunu edəcək başqa heç kim yoxdur. Belə ki, Strelkov həbsdədir. Rusların itkiləri haqqında həqiqəti söyləməkdən qorxmayan "hərbi müxbir" Morozov isə bu yaxınlarda intihar edib.

Maraqlıdır ki, “Z” inandırıcı olmasa da, amma özünü təhlükəsiz hiss etdiyini deyir.

Deyim ki, o hazırda İspaniyada yaşayır axı.

Ona görə də,..Verşinin dediyinə görə, Avdeevkada döyüşə göndərilən səfərbərləri hazırlıqsız-filansız döyüşə,..ölümə atıblar.

Onu da dyim ki, bunu öldürülən rus əsgərlərinin arvadları iddia edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə