Yaponiya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Belə ki, 12 fiziki şəxsə və 36 təşkilata qarşı sanksiya elan edib. SİA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin rəsmi qəzetində deyilir.

Yeni sanksiyalar siyahısına daxil edilən təşkilatlar arasında “FSUE Atomflot”, “Kalaşnikov”, “Almaz-Antey”, “Uralvaqonzavod” və “Bazalt” konserni də var.

Yaponiya hakimiyyəti “Tinkoff” bankı da sanksiyalar siyahısına əlavə edib. Həm fiziki şəxslərin, həm də təşkilatların aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiyaların martın 31-dən qüvvəyə minəcəyi vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə