Deyirsiniz, Ermənistan siyasəti Edmonsuz qalacaq..?

Deyirsiniz, Ermənistan siyasəti Edmonsuz qalacaq..?

...Erməni böyük səfir Edmon Marukyan Ermənistandakı vəzifəsini tərk edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə onun özü fevralın 29-da sosial şəbəkələrdəki səhifələrində yazıb.

...Sizə bildirmək istəyirəm ki, mən Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyana Ermənistan Respublikasının xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməsi ilə bağlı ərizə təqdim etmişəm.

Edmon Marukyan yazıb bunu.

Qeyd edilir ki, o, respublika üçün çətin bir vaxtda bu işi öz üzərinə götürdüyünü xatırladıb, hökumət başçısı ilə fikir ayrılığı səbəbindən artıq vəzifəsində qala bilməyəcəyini deyib.

...Lakin son vaxtlar bir sıra fundamental xarici siyasət məsələlərinə baxışlarımızdakı fərqliliklər mənim xarici siyasət cəbhəsində iştirakımı davam etdirməyimi qeyri-mümkün edir.

Bunu deyən Edmon Marukyan əmin edib ki, bundan sonra da Ermənistana xidmət edəcək və respublikanın maraqlarını qorumaq üçün beynəlxalq əlaqələrdən, eləcə də biliyindən, təcrübəsindən istifadə edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə