Ukraynadakı əsirlikdən azad olunan rus əsgərləri evlərinə buraxılmırlar...
...Mübadilə nəticəsində Rusiyaya qaytarılan rusiyalı hərbçilər ümumiyyətlə evlərinə getmirlər..?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov danışıb. Onun dediyinə görə, “...onlar profilaktik iş üçün Federal Təhlükəsizlik Xidmətinə aparılır. Sonra qapalı rejimdə qısa bir proses - qondarma “müalicə” kursu keçirlər. Və sonra isə yenidən hərbi hissəyə, döyüşlərə qaytarılırlar.
Qeyd edək ki, bunu Ukrayna kəşfiyyatının nümayəndəsi “Natalya Moseyçuk ilə mövzular” verilişinin efirindən bildirib.
Andrey Yusovun sözlərinə görə, rus ailələrinin öz qohumları ilə hətta telefonla da ünsiyyət qurmaq imkanı həmişə olmur. Keçmiş məhbuslar evə getmirlər, düz cəbhəyə qaytarılırlar. ...Onlar, yəni rus səlahiyyətlilər həqiqətdən qorxurlar. Çünki Ukrayna əsarətindən qayıdan adam Ukrayna əsirliyində nə olduğunu deyib danışa bilər. Ona görə də onlara ailələrinə qayıdıb doğmaları ilə münasibət qurmağa imkan vermirlər.
Bunu da Andrey Yusov deyib.
...Silahlı münaqişələrdə törədilən cinayətlərə qarşı mübarizə idarəsinin rəisi Yuri Belousov bildirib ki, Ukrayna məhkəməsində cəzası olan işğalçı dəyişdirilərsə, o zaman onun Rusiyada cəzalandırılacağına ümid azdır.
...Ona görə də biz ağır hərbi cinayətlər törətmiş o insanları dəyişdirmiri. Belə ki, əgər bir şəxs xalqımıza qarşı qətl, işgəncə, cinsi zorakılıq törədibsə, o zaman onlar cəzalarını burada çəkəcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB