...Ukrayna müharibəsi münaqişəsinə baxmayaraq, İsveç Rusiya qazını idxal etməyə davam edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan qəzəblənən Yaşıllar Partiyasının nümayəndəsi İsveç hökumətinin Rusiya əleyhinə sanksiyalar tətbiq etməməsini kəskin tənqid edib.
...Bu, Ukrayna xalqına xəyanətdir. Bu məsələdə edə biləcəyimiz ən az şey İsveçdən Rusiya qazının idxalını dərhal dayandırmaqdır.
Bunu Riksdaq deputatı Linus Lakso bildirib.
Parlamentari, Rusiya qazının Rusiya hərbi maşınının maliyyələşdirilməsinə kömək etdiyini bildirib.
Qeyd edək ki, 2022-ci ilin fevralından bəri Rusiya qazını daşıyan 30-a yaxın gəmi İsveç limanlarına üz tutub. Nəql olunan enerjinin təxmini dəyəri 1 milyard kron-dan artıqdır. Cümə axşamı səhər Rusiyadan daha bir maye qazla gəmi gəlib.
Onu da qeyd edək ki, qazın alıcısı "Qazprom"la çoxillik müqavilə öhdəlikləri ilə bağlı olan Finlandiyanın "Qasum" dövlət enerji şirkətidir və sanksiyalar olmadan qazın nəqlini dayandırmaq mümkün deyil.
...Biz hər il müəyyən həcmdə sıxılmış qaz (LN) almalıyıq və əgər onlar məbləğə uyğun gəlmirsə, biz yenə də onların əvəzini ödəməliyik. Bundan əlavə, Ukrayna münaqişəsi başlayandan bəri biz qaz alışını minima həcmləri endirmişik.
Bunu deyən “Qasum”un ictimaiyyətlə əlaqələr və davamlı inkişaf üzrə meneceri Olqa Vayzanen, Avropa İttifaqı və ya ayrı-ayrı üzv dövlət sanksiyalar tətbiq edəcəkləri təqdirdə buna əməl edəcəklərini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB