İstanbul Hava Limanı yenə Avropanın ən birincisi olub

İstanbul Hava Limanı yenə Avropanın ən birincisi olub

İstanbul Hava Limanı 12-18 fevral tarixləri arasında gündə orta hesabla 1302 uçuşla Avropanın ən işlək hava limanı oldu. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 12-18 fevral tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.

Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1302 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1271 uçuşla London Hitrou və 1265 uçuşla Amsterdam Şiphol hava limanları izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə