Putin Qərbdən gələn “müdaxiləçiləri” hədələyib

Putin Qərbdən gələn “müdaxiləçiləri” hədələyib

Cümə axşamı, fevralın 29-da Federal Məclisə müraciətlə çıxış edən Rusiya Prezidenti Vladimir Putin çıxışına Rusiyanın Ukraynaya müdaxiləsi mövzusu ilə başlayıb.

...Rusiya indi öz suverenliyi və təhlükəsizliyi üçün ədalətli mübarizə aparır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Putin vurğulayıb.

O, həmçinin iddia edib ki, xüsusi hərbi əməliyyat “rusların mütləq əksəriyyəti” tərəfindən dəstəklənməkdədir.

Bununla yanaşı, Putin Qərb ölkələrini də kəskin tənqid edib. ...Qərb təkcə bizim inkişafımızı dayandırmağa çalışmır, onlara Rusiyanın əvəzinə ölməkdə olan məkan lazımdır.

Bunu bəyan edən Rusiya prezidenti, Qərbin hesabının yanlış olduğunu da diqqətə çatdırıb.

...Qərb yalan danışmağa davam edir, deyir ki, Rusiya Avropaya hücum edəcək. Bu cəfəngiyatdır. NATO qoşunlarının Ukraynaya göndərilməsindən söhbət gedirdi. Amma kontingent göndərənlərin taleyini xatırlayırıq. İndi müdaxiləçilər üçün nəticələr daha faciəli olacaq. Bizim onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız da var.

...Putin bildirib.

Yeri gəlmişkən, ötən həftə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ikinci ildönümündə ABŞ, Kanada, Avropa İttifaqı, Böyük Britaniya və daha sonra bir sıra digər ölkələr Moskvaya qarşı genişmiqyaslı yeni sanksiyalar tətbiq etdiklərini açıqladılar. Xüsusilə, ABŞ müharibə ilə əlaqədar, eləcə də müxalif siyasətçi Aleksey Navalnının Rusiya koloniyasında ölümü ilə əlaqədar Rusiyaya qarşı 500 yeni məhdudlaşdırıcı sanksiya tətbiq etdiyini açıqlayıb.

Və sonda xatırladaq ki, fevralın 21-də Federal Məclisdə çıxış edən Putin təxminən iki saat danışəb. Maraqlıdır ki, o, çıxışının çox hissəsini Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırmağa həsr edib.

Sonrakı əsas mövzulardan biri də 2010-cu ildə Rusiya və ABŞ arasında imzalanan Strateji Silahların Azaldılması Müqaviləsi (START) nın dayandırılması olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə