Azov dənizində Rusiyaya məxsus gəmi yanıb

Azov dənizində Rusiyaya məxsus gəmi yanıb

Bu gün Azov dənizində rusların sahil mühafizə gəmisi yanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib.

Yanğın Rusiya gəmisinin təkər korpusunu bürüyüb. Gəmi heyətindən beş nəfərin öldüyü bildirilir. Qayıq heyəti təcili olaraq evakuasiya qrupu tələb edib.

“Rusiya təcavüzkar dövlətinin qayığında baş verən yanğının səbəbləri, eləcə də düşmənin itkilərinin xarakteri aydınlaşdırılır”.

Bunu Baş Kəşfiyyat İdarəsi bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə