“Türkiyə bu templə Aİ ölkələri arasında ən sürətlə inkişaf edən ölkədir”
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatının 4,5 faiz inkişaf edərək çox mühüm uğur əldə etdiyini bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının da sədri olan Ərdoğan partiyasının Aydın mitinqində xalqa xitab edib, 2023-cü il artım rəqəmlərinə toxunaraq deyib: "Türkiyə iqtisadiyyatı 6 fevral Kahramanmaraş mərkəzli zəlzələlər və digər əksikliklərə baxmayaraq, 2023-cü ildə 4,5 böyüyərək çox mühüm uğura imza atdı… Belə ki, iqtisadiyyatımız 14 rüb ardıcıl olaraq böyümə müvəffəqiyyəti əldə edib… Ümumi Daxili Məhsulumuz ilk dəfə 1 trilyon 119 milyard dollarla 1 trilyon dollar həddini keçib… Türkiyə bu templə Avropa İttifaqı ölkələri arasında ən sürətlə inkişaf edən ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB