Nikolas Maduro xaricə mühacirət etmiş vətəndaşlarını geri çağırır...
Venesuela prezidenti Nikolas Maduro xaricə mühacirət etmiş vətəndaşlarını ölkəyə qayıtmağa çağırdı.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dövlət televiziyasında çıxışında Maduro xaricdəki venesuelalı mühacirləri qorumaq və onlara kömək etmək üçün xüsusi bir layihə üzərində çalışdıqlarını bildirərək deyib: “ABŞ Venesuelaya sanksiyalar tətbiq edir. Bütün bu iqtisadi embarqolar aradan qaldırılınca venesuelalıların ən gec bir il ərzində vətənlərinə qayıdacaqlarına inanıram.
Ədalətsiz sanksiyalara məruz qaldıqları üçün ölkəni tərk etmək məcburiyyətində qalan venesuelalılara müraciət edirəm. Bilirik ki, dünyanın müxtəlif yerlərində yaşayan venesuelalılar çox ağır iqtisadi şəraitdə yaşayırlar. Miqrantlar öz torpaqlarına qayıtmalıdır. Ölkənin onlara ehtiyacı var. Biz öz vətənlərinə qayıdan bacı-qardaşlarımız üçün hərtərəfli sosial proqramlar hazırlayırıq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB