Deyirəm,..yox, indi demirəm...
Deməli, o gün prezident Vladimir Putin Federal Məclisə müraciətində... “Əsgər və zabitlərimiz - xristianlar və müsəlmanlar, buddistlər və yəhudi dininin ardıcılları, əslində, Rusiya xalqının çoxəsrlik birliyinin nəhəng hər şeyə qalib gəldiyini min sözdən yaxşı sübut etdilər”-deyə bildirib.
Təbii ki, burada qeyri-adi bir şey yoxdur.
O da Makron kimi prezidentdir, nə bilir, onu da deyir, amma, bilmək olmur ki, Ramzan Kadırova nə düşüb.
Məsələ bundadır ki, Putinin bütün “kəlamlarını” öz teleqram kanalında yerləçdirib “gələcək nəsillər üçün saxlayan” Kadırov, burada nədənsə onun dediklərinə müdaxilə edib.
Əslində, o, siravi əsgəri olduğu komandirin dediklərini redaktə edərək, Putinin dediklərindən “yəhudi” sözünü ixtisar edib.
Kadırov onu da qeyd edib ki, bunlar “hər bir rus üçün ən vacib sözlərdir və onları diqqətlə dinləmək, təkrar oxumaq və yadda saxlamaq lazımdır”.
Nə gözəl, nə gözəl...
Qeyd edək ki, İsrailin HƏMAS-la müharibəsi başlayandan bəri Kadırov Fələstinə dəstək verir, Qroznıdan humanitar yardım göndərir və Qəzza zolağından çıxmaq məcburiyyətində qalanları qəbul edir. O, xaricdə müsəlmanların zülmünü kəskin tənqid edir və təbii ki, bu onun öz işidir, amma...
...Və lakin sistemli şəkildə Rusiyada, o cümlədən həbsxanalarda müsəlmanların hüquqlarının pozulmasına məhəl qoymur.
SİA-nın əldə etdiyi məlumata görə, bu gün Çeçenistanın özündə də respublika rəhbərliyi tərəfindən bəyənilməyən İslam hərəkatlarına sadiq olanlar təqib olunurlar. Özü də...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB