...İlhaq edilmiş Krımda, Starı Krım şəhərində və Juravki kəndində ən azı beş ünvanda Krım tatarları arasında axtarışlar aparılıb.
Krım Həmrəyliyinin məlumatına görə, polis fəal Lenur Yakubovun, “Eski Kırım” müstəqil müsəlman icmasının imamı İzet Sayfullinin, onun sədri İdris Yurdamovun, fəal Şevkət Kiyamovun evlərinə, eləcə də Köhnə Krım məscidinə gəliblər.
Yakubov və Sayfullin saxlanılaraq Krımın Kirovskoye kəndində Daxili İşlər Nazirliyinin şöbəsinə aparılıblar. Bir neçə mənbəyə görə, onlara qarşı, “qanunsuz missionerlik fəaliyyəti” ilə bağlı inzibati protokollar tərtib edilib.
...Və daha sonra Yakubov Krımın Kirov Məhkəməsinə aparılıb və 14 sutka həbs edilib. Eyni zamanda Krım Həmrəyliyinin müxbiri Əli Seytablayev də məhkəmə binası yaxınlığında saxlanılıb. Polis ona “psixoloji testdən keçmək və hərbi qeydiyyat sənədlərini dəqiqləşdirmək” iddiası ilə hərbi komissarlığa çağırış vərəqəsi verib. Saxlanılanlara dəstək olmaq üçün məhkəməyə gələn vətəndaşların qalan hissəsi çevik qüvvələr tərəfindən dağıdılıb.
Yeri gəlmişkən, 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya hakimiyyəti yarımadada Krım tatarlarını kütləvi şəkildə təqib etməyə başlayıb. Belə ki, onlara qarşı cinayət işi çox vaxt terrorçuluq maddələri ilə yalnız axtarışlar zamanı tapılan dini ədəbiyyat əsasında açılır. Hazırda bir neçə yüz adam uzunmüddətli həbsdədir. Onların əksəriyyəti beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. Krım tatarları özləri hesab edirlər ki, onlar yalnız yarımadanın ilhaqı ilə razılaşmadıqlarına görə təqib olunurlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB