Hindistanın Madhya Pradeş ştatında "Pikap" avtomobilinin aşması nəticəsində 14 nəfər ölüb, 21 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər 14 nəfərin həyatını itirdiyi, 21 nəfərin yaralandığı qəzanın sürücünün sükana nəzarəti itirməsi nəticəsində baş verdiyini qeyd edib.
Polis Amhai Devri kəndində proqrama qatılmaq üçün yola çıxan insanları daşıyan avtomobilin yerli vaxtla saat 01.30-da qəzaya uğradığını bildirib. Madhya Pradeş Baş naziri Mohan Yadav qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib və bu insanlara 5 min dollar təzminat ödəniləcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB