Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiyanı zəiflətməyə çalışdığını bildirərək sərt mesajlar verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya dövlət televiziyasının yayımladığı xəbərə görə, Rusiyada prezident seçkilərinə təxminən iki həftə qalmış danışan Putin bildirib ki, rusiyalıların mütləq əksəriyyəti Ukraynaya qarşı “xüsusi hərbi əməliyyatı” dəstəkləyir.
Heç kimin Rusiyanın daxili işlərinə qarışmasına imkan verməyəcəklərini ifadə edən Putin, “Qərb Rusiyanı daxildən zəiflətməyə çalışır” deyib. Çıxışına davam edən Putin, "Ordumuzun Ukraynada təşəbbüsü var, o, yeni bölgələri azad edir. Biz münaqişəyə son qoymaq və xüsusi hərbi əməliyyat tapşırıqlarını həll etmək üçün hər şeyi edəcəyik"- ifadələrini səsləndirib.
Rusiyanın ABŞ ilə strateji sabitlik mövzusunda dialoqa hazır olduğunu bildirən Putin, "ABŞ Rusiyanı strateji cəhətdən məğlub etməyə də hazırdır. ABŞ-ın hərəkətləri faktiki olaraq Avropa təhlükəsizliyini darmadağın etdi" dedi.
Ukraynada NATO əsgərlərinin yerləşdirilməsi ilə bağlı müzakirələrə gəlincə, Rusiya lideri deyib: "Nəticələr işğalçılar üçün daha faciəli olacaq, bizim onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var. Məgər onlar başa düşmürlər ki, təhlükə var. Güclü Rusiya olmadan möhkəm qlobal nizam mümkün deyil. Biz ərəb ölkələri və Latın Amerikası ilə əlaqələrin gücləndirilməsinin vacib olduğunu düşünürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB