Yeni Zelandiya HƏMAS-ı “terror təşkilatı” elan edib

Yeni Zelandiya HƏMAS-ı “terror təşkilatı” elan edib

Yeni Zelandiya HƏMAS-ı “terror təşkilatı” elan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Zelandiyanın Baş naziri Kristofer Luxon bildirib: "HƏMAS tərəfindən 2023-cü ilin oktyabrında həyata keçirilən terror aktları vəhşi idi və biz onları birmənalı olaraq qınayırıq”.

Yeni Zelandiya hökumətindən verilən açıqlamada qeyd olunub: “Baş nazir Kristofer Luxon və xarici işlər naziri Uinston Peters bu gün HƏMAS-ın bütün üzvlərinin terror təşkilatı kimi tanındığını elan ediblər. Bu hücumlardan sonra o vaxtkı baş nazir Kris Hipkins HƏMAS-ı terrorçu elan etmək üçün səlahiyyətlilərdən məsləhət istəyib".

Bütün xəbərlər Facebook səhifəmizdə