Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Rusiyanın "Su-34" model döyüş təyyarəsini vurduqlarını açıqlayıb. SİA xarici KİV-ə istinadənj xəbər verir ki, Oleşçuk sosial media hesabındakı paylaşımında başqa bir rus təyyarəsini vurduqlarını açıqlayıb: "Bu gün 29 fevraldır, hər 4 ildən bir gələn tarixdir, lakin ruslar üçün başqa bir təyyarənin itməsi ilə tanış bir gündür".
Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski də sosial media hesabındakı paylaşımında cəbhə xəttindəki vəziyyəti dəyərləndirib.
Ukrayna müdafiə qüvvələrinin əməliyyat zonasındakı vəziyyətinin çətin olaraq davam etdiyini bildirən Sirski deyib: "Rus hücum birliklərinin müdafiəmizi yarıb Tonenke yaşayış məntəqələrini ələ keçirməyə çalışdığı Avdiyivka və Zaporojya istiqamətlərində vəziyyət xüsusilə gərgindir".
Rusiyanın nəzarəti bərpa etməyə çalışdığı Verbove və Robotin bölgələrində şiddətli toqquşmaların davam etdiyini bildirən Sirski, Ukrayna əsgərlərinin Orlivka qəsəbəsinin kənarına doğru irəliləyən rus əsgərlərini dəf etdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB