ABŞ-da həyəcan təbili çalındı! - YENİLƏNİR-FOTO

ABŞ-da həyəcan təbili çalındı! - YENİLƏNİR-FOTO

ABŞ-ın Texas ştatında meşə yanğınları ilə əlaqədar "fövqəladə vəziyyət" elan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ştat rəsmiləri "Panhandle"də baş verən yanğınlar səbəbilə 5 minə yaxın sakinin təxliyə edildiyini və yanğın başlayandan bəri təxminən 240 min hektar ərazinin təsirləndiyini bildirib.

Səlahiyyətlilər, yanğınların saatda 64-96 kilometr sürətlə əsən külək səbəbi ilə bölgəyə sürətlə yayıldığını və görünməni azaldan tüstü səbəbindən bölgədə bir çox yolun nəqliyyata bağlandığını bildirib. Texas qubernatoru Qreq Ebbot verdiyi açıqlamada fevralın 26-dan bəri davam edən meşə yanğınları ilə əlaqədar "fövqəladə vəziyyət" elan etdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə