Hondurasda 19 nəfər qəzanın qurbanı olub

Hondurasda 19 nəfər qəzanın qurbanı olub

Mərkəzi Amerika ölkəsi Hondurasda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb, 11 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Yerli media avtobuslardan birinin qeyri-qanuni mühacirləri daşıdığını bildirib. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Digər tərəfdən, Honduras prezidenti Xiomara Kastro "X"dəki paylaşımında qəzada ölənlərin yaxınlarına başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə