ABŞ-ın maliyyə naziri Janet Yellen G20 toplantıları çərçivəsində Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Türkiyə Respublikası Mərkəzi Bankının sədri Fatih Karahan ilə görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xəzinə Nazirliyindən verilən açıqlamaya görə, görüşdə ikitərəfli münasibətlərin əhəmiyyəti vurğulansa da, Türkiyə və ABŞ-ın mühüm regional problemlərin həllində, o cümlədən çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə və bu kontekstdə sanksiyaların tətbiqi üçün necə birgə işləyə biləcəyi müzakirə olunub.
Yellen "X" hesabında etdiyi şərhdə bildirib: "Nazir Mehmet Şimşək ilə Türkiyə və ABŞ-ın mühüm regional problemləri həll etmək üçün necə birlikdə çalışa biləcəyini müzakirə etdim. İkitərəfli əlaqələrimizin əhəmiyyətini də vurğuladım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB