Arxada qalan bu iki illik müharibədə Putin nəyə nail ola bilib?

...Maraqlıdır, bu gün əksər Rusiya vətəndaşları müharibəni dəstəklədiklərini bəyan edib, Ukraynaya qarşı əməliyyatı “uğurlu” adlandırsalar da, amma böyük əksəriyyət Rusiya prezidenti Vladimir Putinin bu iki il ərzində nəyə nail ola bildiyi bir nəsnənin adını çəkə bilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, fvevral ayında RussianField sosioloqlarının keçirdiyi sorğunun nəticələri belədir.

Onlar digərləri ilə yanaşı, öz respondentlərinə “Hərbi əməliyyatın indiyədək hansı məqsədlərinə nail olunub?” sualını veriblər.

Tədqiqat iştirakçılarının 58,9 faizi belə bir məqsədin adını çəkə bilməyib. Əksəriyyət, yəni 35,8 faiz cavab verməkdə çətinlik çəkib, digər 23,1 faiz isə “yox” məqsədlərə nail olunduğunu bildiriblər.

Maraqlıdır ki, sorğudan, artıq bu müharibənin ruslar tərəfindən də təcavüzkar müharibə olduğu sezilməkdədir.

Ümumilikdə respondentlərin 17 faizi əldə olunan məqsədlər sırasında ərazilərin ilhaqını qeyd edib.

Eyni zamanda, 10,3 faizi Donbassın “azad edilməsi” haqqında, 6,7 faizi isə onun “ilhaqı” haqqında danışıb.

…Əldə edilmiş məqsədlərin ərazi əldə edilməsi ilə əlaqələndirilməsi qadınlar və yaşlı respondentlər üçün daha xarakterikdir. Orta yaşlı respondentlər daha çox güc nümayişi haqqında danışırlar. RussianField yazır ki, bu eyni cavablar, eləcə də sosial-iqtisadi nailiyyətlərin qeyd edilməsi "hərbi əməliyyat" iştirakçılarının əhatəsində olanlar üçün xarakterikdir.

Sosioloqlar həmçinin qeyd edirlər ki, kişilər, ali təhsilli respondentlər, mühacirlərin əhatəsində olan və “hərbi əməliyyatda” iştirak etməyənlər nailiyyətlərin azlığından daha çox danışırlar.

…Eyni sorğuya görə, rusların 68 faizi ölkənin “düzgün istiqamətdə getdiyinə” inanır, 56 faizi isə ordunun hərəkətlərini “uğurlu” kimi qiymətləndirir.

…Və ən maraqlısı budur ki, bu gün rusların 71 faizi müharibənin “uzun sürdüyünü” deyir.

…Halbuki, 2022-ci ildə müharibənin uzun sürəcəyinə 59 faiz inanırdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə