Rusiya informasiya müharibəsində bizim “əsas düşmənimizdir”

…Fransanın daxili işlər naziri Jerald Darmanin çərşənbə günü Rusiyanın Fransanın informasiya cəbhəsində “əsas düşməni” olduğunu deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məmurun sözlərini Ouest-France nəşri sitat gətirir.

Beləliklə, nəşr xəbər verir ki, Fransanın daxili işlər naziri Jerald Darmanin çərşənbə günü bildirib ki, Rusiya Parisin informasiya cəbhəsində “əsas düşmənidir”.

Fransa Senatının qanunvericilik komitəsinin ölkədə antisemitizmin artan təzahürlərinə həsr olunmuş iclasında çıxış edən Darmanin, “Rusiya bu gün informasiya müharibəsində bizim əsas düşmənimizdir”- deyə bildirib.

Nazir vurğulayıb ki, antisemit əhval-ruhiyyənin artması “xarici müdaxilə” ilə izah olunur.

Yeri gəlmişkən, bu həftə Fransa mediası təhlükəsizlik güclərindəki mənbələrə istinadən xəbər verdi ki, Paris keçən ilin oktyabrında baş vermiş aksiyanı, yəni naməlum şəxslərin Paris bölgəsindəki bir neçə binada Davidin ulduzlarını çəkməsini Rusiya xüsusi xidmət orqanlarının əməli hesab edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə