Savinin qiyabi həbs olunması xahiş edilir

Rusiya İstintaq Komitəsi keçmiş futbolçu və bloger Yevgeni Savinin Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında saxta məlumatla bağlı qiyabi həbs olunması üçün petisiya verir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq xəbər Moskvanın Tverskoy Rayon Məhkəməsinin materiallarında yer alıb.

Ötən ilin payızında Savinin Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisindəki hərəkətlərini tənqid etdiyi jurnalist Kseniya Sobçakın müsahibəsindən sonra bloggerə qarşı cinayət işi açılıb. Fevralın ortalarında keçmiş futbolçu axtarışa verilib.

Xatırladaq ki, Savin bir çox futbol klublarında, o cümlədən “Tom”, “Anji” və “Ural”da çıxış edib. Xüsusi hərbi əməliyyat başlayandan sonra idmançı Kiprə köçüb. Onun “KraSava” futbol komandası hazırda Kipr çempionatının ikinci divizionunda çıxış edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə