Cənubi Afrika xəbərdarlıq edib: BRİKS-dən çıxa bilərik…

Cənubi Afrika Respublikası BRİKS assosiasiyasından çıxa bilər.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Afrikanın Moskvadakı səfiri Mzuvukile Cef Maketuka deyib.

Onun sözlərinə görə, belə bir təhlükə mövcuddur. Diplomat izah edib ki, 2024-cü ilin mayında keçiriləcək prezident seçkilərində Afrika Milli Konqresinin nümayəndəsi deyil, müxalifətin namizədi qalib gələrsə, belə nəticələr mümkündür.

…Əgər bu baş verərsə, Cənubi Afrikanın BRİKS-dən çıxarılması üçün yaxşı şans var. Təxminən Argentinada baş verən kimi.

Bunu diplomatik missiyanın rəhbəri vurğulayıb.

O, həmçinin əlavə edib ki, Cənubi Afrikada bir sıra müxalifət partiyaları Rusiyaya düşmən münasibət bəsləyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə