Numan Kurtulmuş İslam icmalarına çağırış edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bəyan edib ki, İslam icmaları arasındakı əməkdaşlıq qardaşlıq ruhuna uyğun şəkildə inkişaf etdirilməlidir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Numan Kurtulmuş paytaxt Ankarada Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş və Kanada Diyanət Təşkilatı və Kanada müsəlmanlarının liderlərini TBMM-də qəbul edib.

Numan Kurtulmuş görüş zamanı Kanadada 2,5 milyona yaxın müsəlman icmasının olmasının son dərəcə əhəmiyyətli olduğunu və dünyadakı müsəlman icmalarının hər cəhətdən irəliləyiş əldə etməsi üçün mübarizə aparacaqlarını bildirib.

Kurtulmuş Türkiyənin kanadalı müsəlmanlara hər cür dəstəyi verəcəyini bildirib.

Dünyanın siyasi, iqtisadi və sosial baxımdan çətin bir dövrdən keçdiyini bildirən Numan Kurtulmuş bu kontekstdə İslam dünyasının və müsəlman icmalarının varlığını qlobal bir dəyərə çevirməyin zamanı gəldiyini bildirib.

İslamın bütün dünyada ən sürətlə böyüyən, inkişaf edən və çoxalan din olmasının sevindirici olduğunu vurğulayan Numan Kurtulmuş müsəlmanların sayının artmasına baxmayaraq onların təsirinin kafayət qədər olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə