Zaxarova Zelenskinin Ermənistana mümkün səfərini dəyərləndirib

...Ermənistan Kremlin Ukraynanın hazırkı hökuməti ilə bağlı mövqeyindən xəbərdardır. O, Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvana səfəri ehtimalına belə cavab verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NEWS.ru-ya şərhində bildirib.

...Ermənistan müttəfiq kimi bizim Kiyev rejiminə qarşı mövqeyimizi yaxşı bilir.

Zaxarova bildirib bunu.

...Səfərlə bağlı xəbərləri nə Kiyev, nə də İrəvan nə təsdiq, nə də təkzib edib. Zaxarovanın dediyinə görə, bu mesajlara ilk olaraq Ermənistan və Ukrayna nümayəndələri münasibət bildirməlidir.

Bu arada Ermənistan parlamentinin üzvü Areqnaz Manukyan bəyan edib ki, xarici qüvvələr Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvana səfərini təşkil etməyə çalışır.

Onun fikrincə, əgər uğurlu olarsa, bu, Rusiya-Ermənistan münasibətləri üçün geri dönüş nöqtəsinə çevriləcək. Yenə də onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyana bu tamaşada Zelenskinin və ya Mixail Saakaşvilinin yerli analoqu rolu verilir.

Xatırladaq ki, Paşinyan bir müddət əvvəl Ermənistanın KTMT-dəki iştirakının hazırda dondurulduğunu bildirmişdi. Eyni zamanda, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsi də gündəmdə deyil,

Bunu da Zaxarova deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə