Necə deyərlər,.. daha bizə yox də...

Tanınmamış Dnestryanı “kömək üçün” Rusiyaya müraciət edib

Bu arada Rusiya tərəfindən işğal edilmiş Dnestryanı bölgənin “deputatları” Rusiya Federasiya Şurasına və Dövlət Dumasına “Moldovanın artan təzyiqləri” qarşısında “Dnestryanı bölgəsinin qorunmasına” yönəlmiş tədbirlərə başlamaq üçün qondarma “xahiş”lə müraciət ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, Moldovanın “Newsmaker” nəşri yazır ki, müvafiq “qərar” çərşənbə günü, fevralın 28-də yerli “parlament” nümayəndələrinin qurultayında qəbul edilib.

“Bəyannamə”də “qurultay” iştirakçıları separatçıların Moldova hakimiyyətini təşkil etməkdə ittiham etdikləri “iqtisadi blokada”ya görə Rusiya Federasiyasına “kömək” üçün müraciət ediblər.

Moskvanın müraciətə cavab verməsi lehinə olan arqument, mətndə “220 mindən çox Rusiya vətəndaşının Dnestryanı Moldova Respublikası ərazisində daimi yaşaması” göstərilir.

Qeyd edək ki, Rusiyaya ünvanlanan bəyanatla yanaşı, onlar ATƏT-ə, MDB-yə, Avropa Parlamentinə, Beynəlxalq Qızıl Xaç Komitəsinə və BMT-nin baş katibi Antonio Quterreşə də müraciət edərək “Moldova rəhbərliyinə yenidən siyasi vəziyyətə qayıtmağa təsir etmək” çağırışı ilə müraciət ediblər. Onların iddiasına görə, adekvat dialoq aparmalı və Dnestryanı sakinlərinin hüquq və azadlıqlarının pozulmasına son qoymalıdır.

Maraqlıdır ki, ortaya çıxan müvafiq sənədin həqiqiliyi hazırda sual altındadır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə