Lavrovun Türkiyəyə edəcəyi səfərin tarixi AÇIQLANDI

Lavrovun Türkiyəyə edəcəyi səfərin tarixi AÇIQLANDI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 1-2-də keçiriləcək Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə gələcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirliyin sözçüsü Mariya Zaxarova deyib.

Moskvadan əvvəlki açıqlamada Rusiya prezidenti Vladimir Putinin ölkəsində martın 15-17-də keçiriləcək seçkilərdən sonra Türkiyəyə səfər edəcəyi bildirilmişdi. Putinin səfəri ilk dəfə fevralın 12-də elan edilib. Daha sonra Moskvanın verdiyi açıqlamada bu səfərin təxirə salındığı bildirilib. “Reuters” xəbər agentliyi Rusiya KİV-lərinə əsaslanan xəbərlərində bildirib ki, səfər aprelin sonu və ya ən tez mayın əvvəlində planlaşdırılıb. Kremlin sözçüsü Dmitri Peskov isə deyib: "Heç bir təxirə salınma yoxdur, bir tarix üzərində işləyirik" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə