DƏHŞƏT! 20 tələbə meningit epidemiyasının qurbanı oldu

Nigeriyanın şimalındakı Yobe əyalətində meningit epidemiyasından 20 tələbənin öldüyü bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yobe əyalətinin Təhsil Nazirliyinin rəsmilərindən olan Məhəmməd İdris mətbuata verdiyi açıqlamada əyalətdəki bəzi məktəblərdə meningit epidemiyası aşkar etdikləri barədə məlumat paylaşıb.

İdris epidemiya səbəbi ilə 20 şagirdin öldüyünü, bəzi tələbələrin isə xəstəxanada müalicə olunduğunu bildirib. Məhəmməd İdris meningit epidemiyasına qarşı sağlamlıq tədbirlərini artırdıqlarını və lazımi tədbirləri gördüklərini qeyd edib. Nigeriya hökuməti 2030-cu ilə qədər xəstəliyi məğlub etmək üçün yeni tədbirlər gördüyünü açıqlayıb. Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədənə təsir edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə