Məhəccərdən yıxılan uşağı təhlükəsizlik toru xilas etdi

Məhəccərdən yıxılan uşağı təhlükəsizlik toru xilas etdi

Türkiyənin Niğde vilayətində biznes mərkəzinin 6-cı mərtəbəsində ailəsi ilə oynayarkən məhəccərə çıxan 3-4 yaşlı uşaq boşluğa düşüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməyin mühafizəsi tədbirləri çərçivəsində hər mərtəbəyə quraşdırılan tor sayəsində adı açıqlanmayan uşaq xilas edilib. Eyni mərtəbədə torda hərəkətsiz vəziyyətdə qalan uşağı anasının çağırışları nəticəsində biznes mərkəzinin mühafizəçiləri xilas edib.

Bütün xəbərlər Facebook səhifəmizdə