Avstraliyada 30 min insanın təxliyəsi tələb olunub

Avstraliyada 30 min insanın təxliyəsi tələb olunub

Fevralın 22-də Avstraliyanın cənub-şərqindəki Viktoriya əyalətində başlayan meşə yanğınları fəlakətli səviyyəyə yüksəldiyindən, təxminən 30 min insanın yaşadıqları ərazini təxliyəsi tələb olunub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “The Australian” qəzetinin məlumatına görə, səlahiyyətlilər əyalətin qərbində yaşayan təxminən 30 min insanı dərhal bölgəni tərk etməyə çağırıb.

Fövqəladə hallar barədə məlumat verən "ViceEmergency" veb-saytı da yanğının böyüyə biləcəyi və yolların bağlana biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, fevralın 22-də Viktoriya ştatının qərbində meşə yanğını baş verib və səlahiyyətlilər küləyin alovu şimal-şərqə daşıdığını və bölgə ətrafındakı yaşayış məntəqələrinin yanğın təhlükəsi ilə üzləşdiyini açıqlayıb. Səlahiyyətlilər yanğının başladığı gündən bu yana 19 min 500 hektardan çox ərazinin külə döndüyünü bildirib. Avstraliya Meteorologiya Bürosu isti və küləkli hava proqnozlaşdırdıqlarını, buna görə də yanğının fevralın 28-də fəlakətli səviyyəyə çatma riskinin olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə